Rəsmən: F.Vassyör Renault komandasının rəhbəri postundan ayrılıb

Rəsmən: F.Vassyör Renault komandasının rəhbəri postundan ayrılıb

Müəllif: Elçin Zodorov, redaktor

14:18 - 11 Yanvar, 2017

Komanda onun qarşılıqlı razılıq əsasında vəzifəsindən getdiyini təsdiq edib.

F-1.az xatırladır ki, Ranault-nun zavod komandası kimi Formula1-ə qayıtmasından sonra Vassyör yarış direktoru təyin olunmuş və Siril Abitebulla birlikdə komandanı idarə edirdi. Lakin o, daha sonra verilən qərarla komandanın rəhbəri təyin edilmiş, Abitebul isə Enstoundakı zavoda qayıdaraq oradakı əməliyyatlara nəzarət etmişdi.

Rəsmi açıqlamada bildirilir: “Formula1 komandasını yenidən qurmaq üçün sərf olunan mövsümün ardından komanda və Frederik Vassyör ortaq məxrəcə gəliblər. Hər iki tərəf birlikdə keçirilən müddət ərzində formalaşan yaxşı münasibəti qorumaq və bunun gələcəkdə başqa formada davam etməsini gözləmək niyyətindədir”.

Renault yeni maşını fevralın 21-i təqdim edəcək və komandanın yeni rəhbərinin kimliyi də həmin gün aydın olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 020
Teqlər , ,
Paylaş