01 May 2017, Bazar ertəsi - 00:44

Dünya Renault Seriyası Zytek motorlarına keçir?

Dünya Renault Seriyası Zytek motorlarına keçir?

Müəllif: Rahim N.Aliyev, baş redaktor

14:47 - 24 May, 2011

Monako Qran Prisi çərçivəsində Dünya Renault Seriyasının da dördüncü mərhələsi baş tutacaq, uik-end günlərində 2012-2014-cü illər üçün nəzərdə tutulmuş yeni […]

Monako Qran Prisi çərçivəsində Dünya Renault Seriyasının da dördüncü mərhələsi baş tutacaq, uik-end günlərində 2012-2014-cü illər üçün nəzərdə tutulmuş yeni Dallara şassisi nümayiş olunacaq. Amma İtaliaRacing-in jurnalistləri xəbər veriblər ki, Monte Karloda Avropanın məşhur yarışlarının yeni motor təchizatçısı da elan olunacaq – şayiələrə görə, 2012-ci ildən seriya Renault motorlarının əvəzinə Zytek motorlarından istifadə edəcək.

İlkin məlumatlara görə, Zytek motorlarının gücü hazırkı Renault motorlarının gücündən 50-100 at qüvvəsi çox olacaq. Şassiyə gəlincə, Dallara şirkətinin yeni maşını yeni asılqanlar, ön və arxa antiqanadlar alacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 778
Teqlər
Paylaş

logo