D.Tsetşe: “Rosberqdən inciməmişəm”

D.Tsetşe: “Rosberqdən inciməmişəm”

Müəllif: Rauf Hacıyev, redaktor

17:37 - 11 Yanvar, 2017

Daimler AG şirkətinin direktorlar şurasının sədri Diter Tsetşe bildirib ki, Rosberqin istefa xəbərini hamamdan çıxanda öyrənib.

F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamışdı.

Diter Tsetşe: “Zəng gələndə hamamdan yeni çıxmışdım. Gördüm ki, Toto Volffdur. Dedim yəqin Həmilton yenə nəsə edib. Amma sonra Volff xəbəri mənə dedi. Rosberqin təqaüdə çıxmasını gözləməzdim.

Rosberqin qərarına hörmət edirəm. Həmilton kimi bütün rekordları qırmaq istəyən bir sürücümüz var. Hər ikisini də anlayıram və qəbul edirəm.

Gələn mövsümə iki Dünya Çempionu ilə başlamaq istərdim. Çünki bilirəm ki, yarış qazanmaq üçün çətin mübarizə olacaq. Amma indi yeni sürücüyə ehtiyacımız var.

Rosberqin qərarı xətrimə dəymədi və məyus olmadım. Sadəcə hörmət edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 836
Teqlər , , , ,
Paylaş