Sahara Force İndia F1 Team – VJM09

Sahara Force İndia F1 Team – VJM09

Müəllif: Rahim N.Aliyev, baş redaktor

16:16 - 23 Fevral, 2016

Barselona testləri başlamamış daha bir komanda – Force İndia komandası yeni maşınını mətbuata təqdim edib. VJM09 jurnalistlərin aparatlarından qurtulan kimi trasa çıxmağa tələsib.

F-1.az bildirir ki, yeni maşın görünüşcə keçənilkinə bənzəyir. Söhbət yalnız dəyişməyən rəng çalarlarından getmir, komanda inkişaf olu kimi keçənilki şassinin Böyük Britaniya Qran Prisində debüt etmiş B versiyasını təkmilləşdirməyi seçib…

Vicey Malya, komandanın başçısı: “Maşının rəng çalarları bizim tərəfdaşlarla münasibətlərimiz və ənənələrimizi əks etdirir. Düşünürəm ki, bizim maşın peletonda ən perspektivli maşındır, ona görə də bu il onun rəngini keçənilki kimi saxladıq. Necə deyərlər – sınmayan şeyi düzəltməzlər. Mən 2016-cı il mövsümünə keçən ilin sonunda olduğumuz formada başlamaq istəyirəm. Bizim texniki departament qış tətilində əldə etdiyi nailiyyəti göstərməyə hazırdır, ümid edirik ki, bu il orta komandaların lideri olaraq qalacayıq.

Qeyd edim ki, aerodinamik cəhətdən Avstraliyada starta çıxacaq maşınımız indi gördüyünüzdən bir qədər fərqlənəcək. Biz artıq mövsümün ilk yarışına yenilik gətirməyi planlaşdırırıq”.

Force India - VJM09

Əndi Qrin, texniki diorektor: “Keçənilki maşının B versiyası bizim yeni maşın üçün baza rolunu oynadı. Keçənilki maşın trasda çox effektiv oldu, mövsümün ikinci yarısında biz çoxlu xal topladıq. Ona görə ümid edirik ki, yeni maşınımız da rəqabətədavamlı alınıb. gələn il reqlamentdə radikal dəyişikliklər gözlənilir, ona görə də cəmi bir il üçün sıfırdan yeni maşın hazırlamaq maliyyə resursları məhdud olan bizim kimi balaca komandalara sər eləmir”.

Otmar Safnauer, əməliyyat direktoru: “Kölndə yerləşən aerodinamik boruda sınaq proqramı uğurla davam edir, stendlərdə aldığımız nəticələr bizi ruhlandırır. Artıq Melburnda biz ciddi aerodinamik yeniliklər alacayıq. Avropaya qayıtdığımız zaman daha böyük kompleks yenilənmə paketi tətbiq edəcəyik”.

Force India - VJM09

Niko Hülkenberq: “Yeni maşın keçənilkinin təkamülüdür. Komanda böyük iş görüb, biz yerimizdə saymırıq və artıq Avstraliyada yeniliklər alacayıq. Vəziyyət yaxşıdır, əlbəttə, bizim nəticələr rəqiblərimizin rəqabətədavamlılığından asılı olacaq.

Mən istəyirəm ki, qarşıdakı mövsüm karyeramda ən uğurlu olsun. Podiuma qalxmaq istəyirəm, hətta bir neçə dəfə – bu mənim məqsədimdir. Komanda maksimum çalışıb, bizə yüksək nəticələr uğrunda mübarizə aparmaq şansı verib – baxaq görək, necə alınacaq”.

Serxio Peres: “Mən keçən illə müqayisədə daha yaxşı nəticələrə ümid edirəm. Bizim idmanda əvvəldən heç nə söyləmək mümkün deyil, biz hələ bilmirik ki, rəqiblərimizin hazırladıqları maşınlar nə dərəcədə rəqabətədavamlı alınıblar. Amma istənilən halda mən ustalığımı artırmaq istəyirəm. Düşünürəm ki, keçən ilin ikinci yarısını yüksək səviyyədə keçirdim və bu cür də davam etmək istəyirəm.

Keçən il komanda tarixində ən yaxşı nəticəsini göstərdi, ona görə də bu il daha bir addım irəliləmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, orta komandalar qrupunda ön cərgələrdə olaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 514
Teqlər , , , , , , ,
Paylaş