McLaren Honda – McLaren MP4-31

McLaren Honda – McLaren MP4-31

Müəllif: Rahim N.Aliyev, baş redaktor

17:38 - 21 Fevral, 2016

Mövsümöncəsi testlərin başlanmasına bircə gün qalmış McLaren Honda komadnası azarkeşlərinə və mətbuata yeni maşınını göstərib – komandanın rəsmi saytında yeni MP4-31-in studiya şəkilləri cə komanda rəhbərliyinin, sürücülərin sitatları dərc olunub…

F-1.az xatırladır ki, komanda testlərdən oncə “çəkiliş günündən” imtina etdiyi üçün yeni maşın artıq sabah səhər Barselonada testlərdə debüt edəcək.

Yeni MP4-31-ə modernizə olunmuş Honda RA616H güc qurğusu quraşdırılıb. Maşının qurucuları iddia edirlər ki, maşında bir çox yeniliklər tətbiq olunub və keçənilki uğursuz mövsümlə müqayisədə bu il ciddi inkişaf etməyə ümidlidirlər.

Ron Dennis, McLaren Technology Group-un prezidenti və icarçı direktoru: “Biz Honda ilə yenilənmiş əməkdaşlığımızın ikinci ilinə başlayırıq və ümimi məqsəd naminə qarşılıqlı sıx birlikdə işləyirik. Ümumi məqsəd isə komandanı addım-addım qələbələrə yaxınlaşdırmaqdır.

Biz proqnoz verməyəcəyik ki, bu qələbələr nə zaman gələcək, amma deyə bilərəm ki, son aylar ərzində komandanın hər bir əməkdaşı öz işinə tam can yandırıb. MP4-31-in hazırlanması yüksək templə gedib və mən komandamızla fəxr edirəm.

Biz məqsədimizə çatmaq üçün tam qərarlıyıq, zavod komandamızın potensialına da inanırıq. Mən əminəm ki, dünya səviyyəli avtoistehsalçının tam zavod dəstəyi müasir Formula1-də uğur qazanmağın yeganə platformasıdır. Ona görə də McLaren və Honda bir yerdə işləməklə bir yerdə qələbə qazanmaq əzmindədirlər, bu əzmkarlıq bizim əməkdaşlığmızın möhkəmlənməsi fonunda daha da güclənir. Axı biz keçənilki çətinliklərdən birlikdə keçdik və möhkəmləndik”.

McLaren Honda MP4-31

Erik Bulye, idman direktoru: “Hər şeydən əvvəl, biz Uokinqdə, Sakurada və Milton Kinsdə son bir neçə ayı gərgin iş rejimində çalışan hər bir əməkdaşımıza təşəkkür edirik.

Mövsümlərarası fasilə zamanı əməkdaşlarımız səylə və məqsədyönlü çalışıblar, biz qrafikdən kənarlaşmadıq, maşın isə effektiv və aqresiv alınıb. Amma biz həmişə qane olmuruq, ona görə də son həftələri texniki şöbəmizi möhkəmləndirməklə məşğul olduq. Biz əminik ki, bu dəyişikliklər gələcəkdə maşın üzərində işi yaxşılaşdırmağa və sürətləndirməyə imkan verəcək.

Barselonada iki test seriyası bizim bütün departamentlərin qarşılıqlı effektiv işinin davamı olacaq. Testlərin ilk dörd gününü biz diqqətli və metodiki işə həsr etmək istəyirik və bu vaxtdan maksimum səmərəli istifadə etmək istəyirik – mərkəzi sistemlərin, əməliyyat prosedurlarının və elektronikanın işləri yoxlanacaq. Boksdakı işi qaydaya salmaq lazımdır ki, trasda da uğur qazanaq, çünki qaçmaq üçün əvvəlcə yeriməyi öyrənmək lazımdır. Testlər elə məqsədlə təyin olunub – hər şeyi yoxlamalıyıq.

Hərçənd, əmin olun ki, komandanın motivasiyası yüksək səviyyədədir, biz hamımız bir yerdə çalışırıq”.

McLaren Honda MP4-31

Yasuhisa Arai, Honda Motorsport-un başçısı: “Sabahkı testlərlə McLaren Honda macəralarının ikinci mövsümü başlayacaq. Qış fasiləsi tez qurtardı, amma Honda bu müddətdən maksimum yararlandı ki, McLaren və ExxonMobil mühəndisləri ilə qarşılıqlı sıx əməkdaşlıqda keçənilki motoru təkmilləşdirək.

Keçənilki təcrübəni nəzərə alaarq biz kompressorun və güc qurğusunun digər elementlərinin konstruksiyasını dəyişdik, amma əvvəlki konsepsiyanı optimallaşdırdıq. Qarşıdakı testlərdə bizim əsas məqsədimiz ERS sisteminin effektiv işləməsinə nail olmaqla yeni şassinin güc qurğusu ilə optimal balansını əldə etməkdir.

Testlərin sonuna qədər biz qüvvələr nisbəti barədə heç nə deyə bilmərik, amma indi əsas işimiz trasda mühəndislər üçün maksimum faydalı məlumat toplamaqdır. Bu məlumatlar əsasında biz Melburna və digər Qran Prilərə hazırlaşacayıq. Sabah biz trasa qayıdırıq!”

McLaren Honda MP4-31

Fernando Alonso: “Yeni mövsümün startı xüsusi hisslər yaşadır, hər il belə olur. Qarşıdakı mövsüm də istisna deyil, ona görə mən də urhlanmışam və yenidən işə qayıtmağa şadam.

Keçən il bizim komandaya xüsusi diqqət var idi, axı McLaren və Honda əməkdaşlığımızın yeni tarixində ilk mövsüm idi. Mövsüm asan olmadı, amma biz çox şey öyrəndik.

Qış tətilini məhsuldar keçirdim, çoxlu məşəq etdim, ailəmə vaxt ayırdım və Uokinqdə McLaren Technology Center-də yeni maşınü zərində işi izlədi. Sakurada isə Honda-nın mütəxəssisləri gərgin işləyirdilər.

Yeni maşının aerodinamikası pis görünmür. Ümumən maşınımız gözəldir, görək trasda özünü necə göstərəcək. Mən qarşıdakı mövsümə tam hazıram”.

Censon Batton: “Yeni MP4-31-in sükanı arxasına oturmağı səbrsizliklə gözləyirəm. Formula1-də bütün sürücülərə qış tətili lazımdır, amma indi mən çox həyəcanlıyam, axı, yeni mövsüm başlayır. Deməliyəm ki, yeni maşınımız çox gözəl görünür.

Son həftələri mən tez-tez komandamızın texnoloji mərkəzinə baş çəkirdim və deyə bilərəm ki, orda keçənilki çətinliklərə baxmayaraq, pozitiv energerika hiss olunur. Qışda komanda böyük iş görüb və mən bununla fəxr edirəm: mən mövsümə əla əhval-ruhiyyə ilə, öz gücümüzə inamla başlayıram.

Keçən il biz çox şey öyrəndik, mövsüm bizim üçün qeyri-stabil oldu, amma bu çətinliklər bizi seçdiyimiz istiqamətdə möhkəmləndirdi. Gələcək işlər üçün əla baza aldıq.

Mən nikbin proqnozlar söyləməyəcəm – Formula1-də hər şey ola bilər, amma mən görürəm ki, bizim maşının aerodinamikası çox güclü hazırlanıb. Mən tezliklə yeni maşını trasa çıxarmaq istəyirəm”.

McLaren MP4-31-in TEXNİKİ XARAKTERİSTİKASI

Komandanın mətbuat xidməti yeni maşının texniki xarakteristikasını da dərc edib…

Şassi: Karbon liflərindən və kompozit materiallardan hazırlanmış monokok, minimal çəkidə maksimal yüklənməyə hesablanıb. Honda motoru əsas güc qurğusudur.

Ön asılqan: Üçbucaq link və itələyici amortizator sisteminə qoşulub.

Arxa asılqan: Üçbucaq link və dartıcı amortizator sisteminə qoşulub.

Kütlə: Sürücü ilə birlikdə yanacaqsız – 702 kq.

Elektronika: McLaren Applied Technologies hazırladığı idarəetmə bloku.

Yanacaq-sürtgü materialları və texniki mayelər: Mobil, Mobilith SHC™ 1500, Mobilith SHC™ 220, Mobil SHC™ Hydraulic Oil.

Əyləc sistemi: Baş silindr Akebono, brake-by-wire Akebono elektron idarəetmə sistemi, disk və qəliblər karbondandır.

Sükan mexanizmi: reyka tipli, gücləndirici ilə.

Təkərlər: Pirelli P Zero

Təkər diskləri: Enkei

Radio-əlaqə sistemi: Kenwood

Lak-boya materialları: AkzoNobel Car Refinishes

Güc qurğusu: Honda RA616H Hybrid

Minimal kütləsi: 145 kq

Güc qurğusunun əsas elementləri: Daxili yanma mühərriyi (ICE), Kinetik motor-generator (MGU-K), İstilik motor-generatoru (MGU-H), enerjinin akkumulyatoru (ES), turboqovucu, idarəetmə bloku

Daxili Yanma Mühərriyi: 1.6 litr, V6 silindr, arabucağı 90 dərəcə, klapanların sayı 24, dirsəkli valın dəqiqədə dövriyyəsi – 15 min. Yarış məsafəsinə yanaacq sərfi 100 kq, maksimal yanacaq sərfiyyatı saatda 100 kq. Bir silindrdə 1 injektor, 500 bar təzyiq altında birbaşa püskürmə.

Turboqovucu: Birpilləli kompressor və turbin, işlənmiş qazlardan qidalanır.

Yanacaq: etilsiz ExxonMobil High Performance Unleaded (5.75% səviyyəsində bioyanacaq olmalıdır) yanacağı

ERS: Mühərriyə qoşulmuş motor-generatorlar əsasında enerjinin rekuperasiya olunması

MGU-K: motor-generator, dirsəkli vaal qoşulub, maksimum sürəti dəqiqədə 50 min dövriyədir, maksimum gücü 120 kVt, bir dövrədə maksimum enerji toplamı – 2 MC, bir dövrədə maksimum enerji verimi – 4 MC.

MGU-H: motor-generator, turbinə qoşulub, maksimum sürəti dəqiqədə 125 min dövriyədir, maksimum gücü məhdud deyil, bir dövrədə enerji toplamı və verimi də məhdud deyil.

Enerji akkumulyatoru: litium-ionlu batareya, jütləsi 20-25 kq.

Ötürmələr qutusu: uzununa yerləşib, karbon korpusdadır, 8 irəliyə və 1 geriyə ötürməsi var, ötürmələr elektron-hidravlik pilləsizdirlər.

İlişmə muftası: karbon, çoxdiskli, elektron-hidravlik.


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 611
Teqlər , , , , , , , , ,
Paylaş