Formula1 ulduzları Kerpenə toplaşacaqlar

Avqustun 24-də Almaniyanın Kerpen şəhərinin Kartinq klubu özünün əlliillik yubilyeni qeyd edəcək və təntənəli mərasimə avtoidmandakı ilk addımlarını bu kartodromda […]

Avqustun 24-də Almaniyanın Kerpen şəhərinin Kartinq klubu özünün əlliillik yubilyeni qeyd edəcək və təntənəli mərasimə avtoidmandakı ilk addımlarını bu kartodromda atmış Mixael Şumaher də qatılacaq…

Mixael Şumaher: “Mən Formula1-ə kartinqdən gəlmişəm və əvvəlki kimi bu idmanı sevirəm. Kerpendəki köhnə trasla xoş xatirələrin bağlıdır, ona görə də səbirsizliklə yubiley yarışını gözləyirəm.”

Mixaeldən başqa Kerpendə digər ulduzlar da starta çıxacaqlar: onun balaca qardaşı Ralf, sonuncu dünya çempionu Sebastyan Fettel, Marussia Virgin komandasının sürücüsü Timo Qlok və BMW-nin zavod komandasının sürücüsü Yorq Müller. Həmin gün gənc kart sürücüləri adlı-sanlı sürücülərlə yarışmaq şansı əldə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*