20 Avqust 2018, Bazar ertəsi - 21:04

Formula1 sürücüləri xeyriyyə hərracının iştirakçılarına çevriliblər

Formula1 sürücüləri xeyriyyə hərracının iştirakçılarına çevriliblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:46 - 13 May, 2011

Türkiyə Qran Prisi zamanı Formula1-in bütün sürücülər Mark Uebberin təşəbbüsü ilə Ceyson Riçardsı dəstəkləmək üçün xeyriyyə hərracının iştirakçılarına çevriliblər. Bu […]

Türkiyə Qran Prisi zamanı Formula1-in bütün sürücülər Mark Uebberin təşəbbüsü ilə Ceyson Riçardsı dəstəkləmək üçün xeyriyyə hərracının iştirakçılarına çevriliblər. Bu yaxınlara qədər Ceyson Avstraliyanın V8 Supercar birinciliyində çıxış edirdi, indi isə karyerasını yarımçıq qoyaraq bütün gücünü xərçəngin nadir növü ilə mübarizəyə səfərbər etməli olub.

İnternetdə xeyriyyə hərracı başlayıb, toplanmış bütün vəsait Ceysona və onun ailəsinə veriləcək. Hərraca maykalar, mobil telefonlar, biznes treninqlər, hətta bir həftə oteldə dincəlmək turu da çıxarılıb. Mark Uebber həmyerlisini dəstəkləmək qərarına gəlib, bunun üçün 2007-ci ilin maşını olan RB3-ün arxa asılqanının üçbucaq dartısını götürərək Türkiyə Qran Prisinin bütün iştirakçılarından üzərinə imza atmağı xahiş edib.

İndi bu əşya hərraca çıxarılıb və 10 min dollar ilkin dəyərlə qiymətləndirilib. Xeyriyyə aksiyası iyunun 27-dək davam edəcək…

Mark Uebber: “Ceyson Avstraliyanın ən istedadlı sürücülərindən biridir və keçən il noyabrda ona qoyulan bu diaqnozdan sonra mən diqqətlə onun halını izləyirəm. Ceysonda xərçəngin nadir və sürətlə inkişaf edən növü müəyyən edilib və biz onu və yaxınlarını bu çətin gündə dəstəkləmək istəyirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 115
Teqlər
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo