14 Dekabr 2018, Cümə - 16:52

Formula1 maşınlarının detallarını hərracdan almaq olar

Formula1 maşınlarının detallarını hərracdan almaq olar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:01 - 05 Yanvar, 2013

Britaniyanın Motor Sport jurnalı Formula1-in mexanikərinə yardım Xeyriyyə fondu ilə birlikdə maraqlı bir hərrac keçirir: bütün lotlar Formula1-lə əlaqədardır. Məsələn, […]

Britaniyanın Motor Sport jurnalı Formula1-in mexanikərinə yardım Xeyriyyə fondu ilə birlikdə maraqlı bir hərrac keçirir: bütün lotlar Formula1-lə əlaqədardır.

Məsələn, hərracda Sebastyan Fettelin sürdüyü Red Bull maşınlarından birinin sükanını, 2010-cu ildə Fernando Alonsonun Ferrari-sinin motorunun başlığını, Ayrton Sennanın 1991-ci ildə sonuncu titulunu alarkən geyindiyi yarış əlcəklərini almaq olar.

Lotlar arasında 2013-cü ilin Böyük Britaniya Qran Prisinə VİP-biletləri və Ferrari-nin Maranellodakı bazasına ekskursiyanı da xüsusilə qeyd etmək lazımdır.

Alış-veriş fevralın 24-dək mümkündür, toplanmış vəsaitlər Formula1-in mexaniklərinə yardım Xeyriyyə fondunun hesabına köçürüləcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 221
Teqlər , , , , , ,
Paylaş

logo