14 Dekabr 2018, Cümə - 14:48

Formula1-i inqilabi dəyişikliklər gözləyir

Formula1-i inqilabi dəyişikliklər gözləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:11 - 16 May, 2015

Gözlənildiyi kimi cümə günü FİA dünən Londonun Biqqin Hill şəhərciyində baş tutan Formula1-in Strateji işçi qrupunun iclasının nəticələri barədə mətbuat […]

Gözlənildiyi kimi cümə günü FİA dünən Londonun Biqqin Hill şəhərciyində baş tutan Formula1-in Strateji işçi qrupunun iclasının nəticələri barədə mətbuat relizi dərc edib.

Sənəddə deyilir ki, iclas iştirakçıları yarışların baxımlılığını artırmağa yönəldilən bəzi perspektiv tədbirləri müzakirə ediblər. Sonda keçirilən səsvermənin nəticələrinə görə isə yaxın illərdə atılacaq addımlar müəyyən olunub…

2016-cı ildə:

– Komandalar təkər istehsalçısının təqdim etdiyi 4 təkər tərkibindən 2-ni müstəqil olaraq yarış həftəsonu üçün seçəcəklər…

2017-ci ildə:

– Maşınların sürəti artırılacaq: dövrəvi nəticələr 5-6 saniyə yaxşılaşmalıdır, çünki aerodinamik tələblər dəyişəcək, təkərləin eni artırılacaq və maşının çəkisi azaldılacaq;

– Yarışın gedişi zamanı yanacaq doldurulmasına icazə veriləcək (yanacağın sərfiyyatına cari məhdudiyyətlər saxlanılacaq);

– Dirsəkli valın dövriyyə sayı artırılmaqla motor səsinin səviyyəsi də yüksəldiləcək;

– Maşınların xarici görünüşü daha aqresiv olacaq…

Gələcəkdə tətbiq olunması planlaşdırılan, amma hələlik tədqiq edilməsi və öyrənilməsi tələb olunan bəzi tədbirlər də dünənki iclasda müzakirə olunublar:

– Yarış həftəsonunun formatının dəyişdirilməsi;

– Müstəqil əl rejimli starta keçilməsi, yəni sürücüyə start düzlüyündə heç bir kənar köməyin göstərilməməsi…

FİA məsrəflərin azaldılması məsələsini də öyrənməyə davam edir, amma hazırda çempionatın iqtisadi stabilliyini təmin etmək daha vacibdir. Yaxın həftələrdə işçi qrupa daxil olan komanda nümayəndələri digər komandalarla məsləhətləşərək bu sahədə yeni təkliflər planını federasiyaya təqdim etməlidirlər.

Motorlara gəlincə, qərara alınıb ki, cari qaydalar stabil qalmalıdırlar, çünki motor istehsalçılarının sərmayələri planlı xarakter daşıyır və potensial çempionat iştirakçıları üçün şəffaf qalmalıdırlar. Ona görə də 2015-ci ildə komandalara 5-ci motordan istifadə etməyə icazə verilməsi təklifi qəbul olunmayıb.

F1.az xatırladır ki, Relizin sonunda bir daha qeyd olunur ki, FİA, FOM və Formula1 komandaları çempionatın gələcəyinə perspektiv inkişaf istiqaməti müəyyən ediblər. Hər üç tərəf gələcəkdə də məhsuldar əməkdaşlığı davam etdirəcək. Sənədə federasiyanın prezidenti Jan Todt və Formula One Group-un icraçı direktoru Berni Ekklstoun imza atıblar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər , , , , ,
Paylaş

logo