Formula1 dünyası Alonsonun karyerasını bitirmək qərarını şərh edir…

F-1.az bildirir ki, ikiqat dünya çempionu Fernando Alonsonun dünən mövsümün sonunda karyerasını bitirəcəyini açıqlaması idman dünyasında böyük səs-küyə səbəb olub. Bu məsələyə reaksiya verənlər arasında təbii ki, Formula1-in önəmli simaları da var.

Stoffel Vandorn: “Fernando, sənə gələcəkdə uğurlar arzulayıram. Səninlə bir komandada işləmək xoş idi”.

Felipe Massa: “Təbriklər, Fernando. Xoşbəxt ol və növbəti yarışından həzz al. Mənim üçün sən planetin ən yaxşı sürücülərindən birisən. Özündən muğayat ol və tanrı səni qorusun”.

Roman Qrojan: “Fernando, sənin dostun, rəqibin və həmkarın olmaq mənim üçün şərəfdir. Mövsüm bitəndən sonra sənin üçün darıxacam”.

Alonsonun tərkibində iki dəfə titul qazandığı Renault komandası həmin dövrə aid şəkil paylaşaraq münasibət bildirib: “2019-cu ildə Formula1 sənsiz əvvəlki kimi olmayacaq, lakin arxivləri ələk-vələk etmək üçün necə də gözəl səbəbdir! Xatirələr üçün təşəkkürlər”.

Niko Hülkenberq: “Gələcəkdə sənin üçün ən yaxşısını diləyirəm”.

Serxio Peres: “Bu illəri səninlə bölüşmək necə də gözəl idi. Sən möhtəşəmsən, Fer! Həyatının növbəti mərhələsində uğurlar!”.

Karlos Sayns: “Sənin üçün çox darıxacağıq, Fernando. Bu idmana olan sevgimin yaranmasına səbəb sənsən və səninlə birlikdə 4 il yarışdığım üçün özümü çox şanslı bir insan kimi görürəm. İndi mövsümün ikinci hissəsindən daha çox şey əldə etmək vaxtıdır!”

Barselona avtodromunun mətbuat xidmətinin paylaşımını bütün ispan azarkeşlərin rəyi hesab etmək olar: “Fernando, istedadın və birlikdə keçirdiyimiz bütün bu fantastik illər üçün təşəkkür edirik. Formula1-in çəkisi sənə görə daha da artıb. Avtodromumuz hər zaman sənin evin olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*