17 Dekabr 2017, Bazar - 00:34

Formula1-də sürücüsüz Təhlükəsizlik Maşını peyda ola bilər

Formula1-də sürücüsüz Təhlükəsizlik Maşını peyda ola bilər

Müəllif: Elçin Zodorov, redaktor

18:07 - 22 Avqust, 2017

FİA bildirmişdi ki, Formula1-də sürücüsüz texnologiya yalnız Təhlükəsizlik Maşınlarında (TM) görünə bilər. F-1.az xəbər verir ki, FİA-nın texniki nümayəndəsi Martsin Budkovski avtomobil texnologiyasının inkişafı üçün bu ideyanı təklif edib.

Martsin Budkovski: “Biz sürücüsüz TM məsələsini müzakirə etmişik. Bu, texnologiyanın şübhə ilə yanaşılan sahələrinin inkişafına səbəb ola bilər. Onun necə işlədiyini göstərməliyik. Sürücünün xidmətindən istifadə etmək mütləq deyil – kompüter bütün işləri görəcək. Lakin başa düşmək lazımdır ki, belə texnologiyaların Formula1-in populyarlığına mənfi təsir göstərmə ehtimalı var. Bu, mühəndislər üçün maraqlı ola bilər, lakin azarkeşlər üçün yox”.

Budkovski pilotsuz avtomobillərin yarışacağı Roborace seriyasına da münasibətini bildirib: “Roborace maraqlı görünür, lakin Formula1-də buna baxacaqlarmı? İnanmıram. Bununla belə, TM vasitəsi ilə Formula1-də yeni texnologiya tətbiq edə bilərik”.

Yəqin ki, bu xəbər 2000-ci ildən TM-i idarə edən Bernd Maylanderi xeyli təəccübləndirib.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 18. 042
Teqlər , , , ,
Paylaş

logo