Formula1 bir milyardlıq borcunu bağlayıb

Formula1-in icraçı direktoru Çeyz Keri bu günlərdə dərc olunan maliyyə hesabatını şərh edərkən bildirib ki, çempionat bir milyardlıq borcunu bağlayıb.

F-1.az xatırladır ki, iki gün əvvəl dərc olunan 2017-ci ilin ikinci rübünün maliyyə hesabatına əsasən, dünyanın ən bahalı idman növünün gəlirləri artsa da, mənfəət keçən illə müqayisədə azalıb. Amma Keri hesab edir ki, bir milyarda bərabər olan borcun bağlanması böyük uğurdur…

Çeyz Keri: “Biz boynumuzda ağır yük olan bir milyardlıq borcu bağlamışıq, borcun yerdə qalan hissəsini isə yenidən strukturlaşdırmışıq, eyni zamanda, reytinq agentliklərindən yeni məlumatlar almışıq. Bu tədbirlərin ümumi effekti borcun illik xidmətlərinin təxminən 90 milyon dollar azalmasına yönəlib”.

Xalis mənfəətin azalmasını isə Keri şirkətin menecmentinin genişlənmə prosesinin davam etməsi ilə izah edib – amma eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi, eləcə də, Londonun mərkəzində F1 Live kimi tədbirin keçirilməsinin də xərclərdə yer almasını vurğulayıb…

Çeyz Keri: “Şirkətin işçi heyətinin sayı  hazırda zəruri olanın 70-75%-ni təşkil edir – amma keçən illə müqayisədə iki dəfə çox əməkdaş çalışır. Biz əməkdaş toplamaqda davam edirik. Baş idarəedici heyət praktiki olaraq formalaşıb, amma bizim komanda tam yığılmayıb. Biz demişdik ki, xərclərin bu bəndi ildə 50 milyon dollara bərabərdir və payızda biz tam əməkdaş yığımının büdcədə nə qədər yer almasını biləcəyik, bu çox vacibdir

Biz bir çox tədbirlər keçirdik, xüsusilə də londondakı F1 Live tədbirini qeyd etmək istəyirəm, bu cür tədbirlər azarkeşlərlə münasibəti aktivləşdirməklə genişləndirir. Eyni zamanda, biz rəqəmsal sahədə tərəfdaşlarımızla işləyirik. Bizim hələlik normal rəqəmsal platformamız yoxdur, amma bu məqsədlər üçün də vəsait ayrılır ki, biz irəliyə doğru inkişaf edə bilək. Qarşıdakı bir neçə ay ərzində bütün planlarımız yekun şəklini alacaq.

Bizim geniş inkişaf istiqamətlərimiz var, amma yuxarıda dediyim kimi, büdcənin formalaşması və şirkətin əməkdaş yığımı sona çatmaqdadır. Aydındır ki, hər şey ilin sonuna tam yekunlaşmalıdır…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*