Formula1 60 yaşını qeyd edir

13 may Formula1 pərəstişkarları üçün xüsusi gündür. Məhz bu gün dünya çempionatın rəsmi başlanğıc tarixi hesab olunur. 1950-ci ildə 100 […]

13 may Formula1 pərəstişkarları üçün xüsusi gündür. Məhz bu gün dünya çempionatın rəsmi başlanğıc tarixi hesab olunur. 1950-ci ildə 100 min tamaşaçının gözləri önündə Britaniyanın əfsanəvi Silverstoun trasında milli Qran Pri keçirilib – yarışı kral cütlüyü də izləyirmiş. Bu yarış bizim sevimli idmanımızın ilk yarışı hesab olunur.

Aydın məsələdir ki, əvvəllər də müxtəlif yarışlar keçirilirdi, amma onalrın heç biri belə yüksək statusa malik deyildi. Şənbə günü keçirilmiş tarixin ilk yarışında Alfa Romeo komandası üstünlüyə malik olub. Alfa Romeo kvarteti startdan liderliyi ələ alıb, amma qələbə uğrunda məşhur “3 FA” mübarizə aparıb – Xuan Manuel Fanxio, Cüzeppe Nino Farina və Luici Facioli. Argentinalının bəxti gətirməyib – finişə az qalmış o Stowe döngəsində səhvə yol verib, trasdan çıxıb və maşını zədələyib.

Farina isə ilk yarışda qələbə qazanıb, Facioli ikinci olub, Alfa Romeo-nun daha bir yerli sürücüsü Req Parnell podiuma qalxmaqla həmyerliləri hədsiz sevindirib. Tarix kitabın ilk səhifəsi beləcə yazılıb…

Ad günün mübarək, Formula1!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*