23 Sentyabr 2017, Şənbə - 09:45

Formula E-nin dördüncü mövsümünün ilkin təqvimi açılanıb

Formula E-nin dördüncü mövsümünün ilkin təqvimi açılanıb

Müəllif: Elçin Zodorov, redaktor

08:17 - 21 İyun, 2017

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula E-nin 2017-2018-ci illər üzrə təqviminin ilkin versiyasını açıqlayıb.

F-1.az xəbər verir ki, təqvimə bir neçə yeni mərhələ əlavə edilib – çempionatın iştirakçıları fevralda Çilinin paytaxtı Santyaqoya, martda San Pauluya və aprelin ortalarında Romaya gedəcəklər.

Təqvimə 14 yarış daxildir. Çempionat dekabrın əvvəlində Honq Konqda start götürəcək. Almaniyadakı yarışın mayın 19-da keçirilməsi planlaşdırılır, lakin harada keçiriləcəyi daha sonra elan ediləcək. Təqvimdə iyunun 9-da bir yarış üçün yer saxlanılıb, lakin hansı yarışın olacağını daha sonra elan ediləcək təqvimdə biləcəyik.

TarixYarışÖlkə
2 dekabrHonq KonqÇin
3 dekabrHonq KonqÇin
13 yanvarMarrakeşMərakeş
3 fevralSantyaqoÇili
3 martMexikoMeksika
17 martSan Paulu (*)Braziliya
14 aprelRomaİtaliya
28 aprelParisFransa
19 mayDaha sonra elan ediləcək (*)Almaniya
9 iyunDaha sonra elan ediləcək (*)
7 iyulNyu York (*)ABŞ
8 iyulNyu York (*)ABŞ
28 iyulMonrealKanada
29 iyulMonrealKanada

* – hələ təsdiq olunmayıb

Alexandro Aqaq: “Formula E-ni yeni şəhərlərin qarşılayacağına şadam. Biz təqvimi genişləndirməyə davam edirik və əsas bazarları tuturuq. Bizim prioritetimiz şəhərlərlə uzunmüddətli müqavilələr bağlamaqdır. Dördüncü mövsümün təqviminin elan olunması da düzgün istiqamətdə atılmış addımdır”.

Təqvimdən əlavə, idman reqlamentində dəyişikliklər edilib. Beşinci mövsümdən etibarən tətbiq ediləcək əsas yeniliklərdən biri yarışın iki yox, bir maşınla tamamlanmasıdır. Dəyişikliklərə aşağıdakılar daxildir:

  • bir mərhələdə iki yarış keçirilərsə, onda bəzi sessiyaların təxirə salınması
  • Komandalar üçün çəkiliş günlərinin sayı 3-dən 6-ya qaldırılır. Lakin bu çəkilişlərin yalnız 3-ü yarış trasında təşkil oluna bilər
  • Mövsümün gedişində bir test günü olacaq. Əlavə bir test günü isə yeni sürücülər üçün nəzərdə tutulub
  • Yarış zamanı güc qurğusunun qüvvəsi 170 kVt-dan 180 kVt-a qədər qaldırılılacaq

Son Xəbərlər

İnformasiya

Bölüm Formula E
Mənbə
Baxış Sayı 4. 105
Teqlər , ,
Paylaş

logo