19 Oktyabr 2018, Cümə - 13:05

Formula E-nin 2018/2019-cu illər mövsümü üçün təqvimi təsdiq olunub

Formula E-nin 2018/2019-cu illər mövsümü üçün təqvimi təsdiq olunub

Müəllif: Elçin Zodorov, redaktor

14:06 - 07 İyun, 2018

Manilada baş tutan FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Formula E çempionatının 2018/2019-cu illər mövsümü üçün təqvimi təsdiqlənib.

F-1.az xəbər verir ki, yeni nəsil maşınların debüt edəcəyi mövsümdə 12 müxtəlif trasda 13 yarış baş tutacaq. Çempionata dekabrın ortalarında Səudiyyə Ərəbistanında start veriləcək. İyulun 13-də və 14-də Nyu Yorkda baş tutacaq ardıcıl iki yarışla mövsüm başa çatacaq.

Mövsümün üçüncü yarışının keçiriləcəyi ölkə və şəhər hələ məlum deyil. Çində baş tutacaq arıdıcıl iki yarışdan ilki Honqkonqda keçiriləcək. İkinci yarışa hansı şəhərin ev sahibliyi edəcəyi hələ məlum deyil.

Formula E çempionatının 2018/2019-cu illər mövsümü üçün təqvimi:

TarixÖlkəŞəhər
15 dekabr 2018-ci ilS.ƏrəbistanıRiyad*
12 yanvar 2019-cu ilMərakeşMərakeş
26 yanvar 2019-cu ilməlum deyilməlum deyil
16 fevral 2019-cu ilMeksikaMexiko
10 mart 2019-cu ilÇinHonqkonq
23 mart 2019-cu ilÇinməlum deyil
13 aprel 2019-cu ilİtaliyaRoma
27 aprel 2019-cu ilFransaParis
11 may 2019-cu ilMonakoMonako*
25 may 2019-cu ilAlmaniyaBerlin
9 iyun 2019-cu ilİsveçrəSürix **
13 iyul 2018-ci ilABŞNyu York
14 iyul 2018-ci ilABŞNyu York

* – tras FİA tərəfindən təftiş olunmalıdır
** – mərhələ milli federasiya tərəfindən təsdiq olunmalıdır


Son Xəbərlər

İnformasiya

Bölüm Formula E
Mənbə
Baxış Sayı 351
Teqlər ,
Paylaş

logo