20 Oktyabr 2017, Cümə - 05:29

Formula E-nin 2017/2018-ci illər mövsümü üçün təqvimi təsdiq olunub

Formula E-nin 2017/2018-ci illər mövsümü üçün təqvimi təsdiq olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:22 - 21 Sentyabr, 2017

Bu gün Parisdə baş tutan FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Formula E çempionatının 2017/2018-ci illər mövsümü üçün təqvimi təsdiqlənib.

F-1.az bildirir ki, təqvimdə dərhal nəzərə çarpan xoş məqam 63 ildən sonra İsveçrəyə avtoidmanın qayıtmasıdır. 1955-ci ildə Le Man marafonunda baş verən faciədən sonra ölkədə avtoidman yarışlarının keçirilməsi qadağan olunmuşdu və yalnız 2015-ci ildə ölkənin federal şurası elektrik mühərrikli maşınların yarışına istisna maddəsini qəbul etmişdi.

Jan Todt: “Mən çox şadam ki, gələn il İsveçrəyə yarışlar qayıdacaq – Sürixdə Formula E mərhələsi keçiriləcək. 1955-ci ildən yarışların keçirilməsi qadağan olunan bir ölkədə yarış keçirmək FİA üçün vacib uğurdur. Bu hadisənin reallaşmasına aiddiyyatı olan hər bir kəsi təbrik etmək istəyirəm”.

Formula E çempionatının 2017/2018-ci illər mövsümü üçün təqvimi:

TarixÖlkəŞəhər
02 dekabr 2017-ci ilÇinHonkonq
03 dekabr 2017-ci ilÇinHonkonq
13 yanvar 2018-ci ilMərakeşMərakeş
03 fevral 2018-ci ilÇiliSantyaqo
03 mart 2018-ci ilMeksikaMexiko
17 mart 2018-ci ilBraziliyaSan Paulu *
14 aprel 2018-ci ilİtaliyaRoma *
28 aprel 2018-ci ilFransaParis
19 may 2018-ci ilAlmaniyaBerlin
10 iyun 2018-ci ilİsveçrəSürix **
14 iyul 2018-ci ilABŞNyu York
15 iyul 2018-ci ilABŞNyu York
28 iyul 2018-ci ilKanadaMonreal
29 iyul 2018-ci ilKanadaMonreal

 

* – tras FİA tərəfindən təftiş olunmalıdır
** – mərhələ milli federasiya tərəfindən təsdiq olunmalıdır


Son Xəbərlər

İnformasiya

Bölüm Formula E
Mənbə
Baxış Sayı 3. 889
Teqlər ,
Paylaş

logo