21 İyul 2018, Şənbə - 04:20

Formula E F1-i geridə qoya bilər?

Formula E F1-i geridə qoya bilər?

Müəllif: Rauf Hacıyev, redaktor

18:14 - 25 Dekabr, 2017

Virgin Group-un qurucusu və rəhbəri Riçard Brənson bildirib ki, Formula E növbəti 10 ildə avtoidmanın ən yaxşı seriyası olacaq.

F-1.az xatırladır ki, Virgin şirkətinin Formula1 macərası pis olsa da, Formula E-də Virgin DS komandası ilə ön cərgələrdə mübarizə apara bilir.

Riçard Brənson: “Formula E iqlim dəyişikliyi kimi şeylərə önəm verir. Biz yarışdığımız ölkələrin hökümətlərinə bu mövzuda ilham veririk. Elektrik avtomobillərin inkişafına kömək edən platformadır və göstəririk ki, elektrik maşınlar yavaş və darıxdırıcı deyil. Seriya sürətlə böyüyür və hər mövsüm yeni iştirakçılar gəlir. Düşünürəm ki, Formula1 indiki tempi ilə davam etsə, Formula E 10 il ərzində onları keçəcək. Keçməlidir də. Dünya təmiz avtomobillərə sahib olmalıdır. Çirkli avtomobillərdən canımız qurtarmalıdır. Formula E bu prosesə öndərlik edə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 187
Teqlər , , ,
Paylaş

logo