Ford və Ferrari problemlərini həll ediblər

Ford şirkətinin Ferrari komandasına qarşı iddiaları nizama qoyulub və məhkəmə araşdırması dayandırılıb – bu barədə Detroit Free Press qəzeti xəbər […]

Ford şirkətinin Ferrari komandasına qarşı iddiaları nizama qoyulub və məhkəmə araşdırması dayandırılıb – bu barədə Detroit Free Press qəzeti xəbər verib.

Xatırladaq ki, Amerikanın avtoistehsalçısı Ferrari komandasını məhkəməyə vermişdi – komanda yeni maşınına F-150 adını vermişdi, Ford isə məhz bu ad altında 35 ildir ki, dünyanın ən məşhur pikapını istehsal edir.

Maranello bu iddiaya cavab olaraq bildirdi ki, gələcəkdə maşının tam adından istifadə edəcək – Ferrari F150th İtalia, çünki maşın adını İtaliyaın birləşdirilməsinin 150 illiyi münasibətilə ilə alıb. Daha sonra hər iki tərəfin hüquqşünasları danışıqlar aparıblar və nəticədə Ford Detroyt məhkəməsində qaldırdığı iddiasını geri götürüb.

Ford-un nümayəndəsi qəzetə müsahibəsində bildirib ki, “biz şadıq ki, hər iki tərəf razılığa gəlib və problem həll olunub…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*