Force İndia yeni tərəfdaş tapıb

Force İndia komandası məşhur proqramlaşdırma şirkəti Acronis-lə tərəfdaşlıq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, Acronis 2016-ci ildə Toro Rosso ilə tərəfdaşlığa başlamış. Rusiyalı şirkət 2018-ci ildə Williams-la müqavilə bağlasa da, Toro Rosso-ya dəstək verməyə davam etmişdi. Amma Acronis  bu ildən artıq Force İndia-nın texniki problemlərində hindistanlılara kömək edəcək.

Otmar Safnauer: “Acronis ilə olan müqavilə komandanın özünə inamını artıracaq. Onların məlumat qorumaq və yığmaq mövzusundakı təcrübələrindən faydalanacağıq”.

Acronis-in rəhbəri Con Zanni isə bu fikirləri bildirib: “Force İndia ilə müqavilə bağladığımız üçün fəxr edirik. Bir yerdə işləmək üçün səbirsizlənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*