19 Dekabr 2018, Çərşənbə - 15:38

Force İndia-ya yeni müştəri çıxıb

Force İndia-ya yeni müştəri çıxıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:22 - 28 İyul, 2018

Force İndia komandasının gələcəyi müəmmalıdır. Bu yaxınlarda Lourəns Strollun “çəhrayılar”-ı satın aldığı söz-söhbəti yayılsa da, Hindistan təmsilçisinə daha bir müştəri çıxıb.

F-1.az bildirir ki, bu müştəri Rusiyada gübrə şirkəti olan Uralchem-in idarə heyətinin rəhbəri və GP3 sürücüsü Nikita Mazepinin atası Dimitriy Mazepindir.

Komandanın baş əməlliyyatçısı Otmar Safnauer bildirib ki, bu hal tezliklə reallaşacaq: “Məncə, bu sərmayə tezliklə reallaşacaq. Bir neçə nəfərlə danışıqlar gedir, amma bu barədə sizə heç nə deyə bilmərəm. Mənim səhmlərim olmadığı üçün məlumatım yoxdur. Tezliklə reallaşacaq.

Maliyyə prolemləri performansımıza da təsir edir. Rəqabət üçün çoxlu pula ehtiyac var. Ümid edirəm ki, problem həll olar və yarışlara daha yaxşı hazırlaşarıq. Son 2 həftədə işimizə diqqətimizi verə bildik. Testlərdən və yay tətilindən sonra işimizə davam edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 116
Teqlər , , ,
Paylaş

logo