17 Dekabr 2018, Bazar ertəsi - 16:44

Force İndia sürücülərinə icazə verib

Force İndia sürücülərinə icazə verib

Müəllif: Rauf Hacıyev, redaktor

16:06 - 06 Yanvar, 2018

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, bu il Okonla Peresin yarışmasına icazə verəcəklər.

F-1.az xatırladır ki, iki sürücü 2017-ci ilin Belçika yarışında təmas etdikdən sonra Force İndia komandası onların yarışmasını yasaqlamışdı.

Otmar Safnauer: “Sürücülərimiz anlayışlı oldu və necə davranmalı olduqlarını artıq bilirlər. Buna görə də gələn il daha güclü olmalıdırlar. Bu gülməlidir. Çünki bunu edəndə də, etməyəndə də tənqid olunursunuz. Mühəndislər Kubokunda 4-cü olduq, amma o vaxtlar qorxurduq ki, bunu itirək. Çünki sürücülərimiz tez-tez təmas edirdilər və çoxlu xallar itirirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər , ,
Paylaş

logo