17 Oktyabr 2018, Çərşənbə - 07:25

Force İndia özünə inanmır

Force İndia özünə inanmır

Müəllif: Rauf Hacıyev, redaktor

14:03 - 11 May, 2018

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, Barselonada bolidə gətridikləri yeniliklər işləməyə bilər.

F-1.az xatlrladır ki, “çəhrayılar” Azərbaycan yarışında 2 ildən sonra Pereslə yenidən podiuma qayıtmışdılar. Ekspertlər komandanın Barselonada da yüksək nəticə alacağını gözləsələr də, Bob Förnli eyni fikirdə deyil.

Bob Förnli: “Eyforiyaya qapılmamışıq. Hələ də zəif yönlərimiz var və Melburndakı problemləri həll edə bilməmişik. Barselonada da problemlərimiz olacaq, amma hər şey nəzarətimizdədir. Problemləri necə həll edəcəyik bilmirəm. Çünki problemi tapmaq və həll yolu axtarmaq vaxt tələb edir. Yeniliyi bolidə yerləşdirib hansı effekti verdiyinə baxırsınız. İşləməsə, səbəbini anlamalısınız. Bəzən bolidi trasa görə sazlamayanda yeniliklər işləməyə bilər. Bu detallarla vaxt keçirmək və onları təkmilləşdirmək lazımdır.

Mercedes bir dəfə mövsümün bitməsinə 6 yarış qalmış bolidin təkmilləşdirilməsini dayandırdı. Amma getdikcə sürətləndilər, çünki stabil platformaları var idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 81
Teqlər ,
Paylaş

logo