23 Sentyabr 2017, Şənbə - 18:39

Force İndia-nın yeni adı Force 1 olacaq?

Force İndia-nın yeni adı Force 1 olacaq?

Müəllif: Elçin Zodorov, redaktor

12:15 - 27 İyun, 2017

Bizim gələn mövsüm komandanın adının dəyişə biləcəyi barədə yazmışdıq. Britaniya komandası Hindistan lisenziyası ilə ildən-ilə inkişaf edir. Keçən mövsümü Mühəndislər Kubokunda dördüncü yerdə başa vuran komanda cari mövsümdə də ilk 8 yarışdan sonra 79 xalla eyni mövqedədir.

F-1.az xəbər verir ki, əldə edilən uğurlar və BWT şirkəti tərəfindən ödənilən pullar komandanın gəlirinin 1oo milyon dollardan çox olmasına şərait yaradıb. Komanda hər il Hindistandan daha da uzaqlaşır, komandanın sahibi Vicey Malyaya olan təzyiqlər getdikcə güclənir. Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer Bakıda bir daha təsdiq edib ki, gələn mövsüm komanda başqa adla çıxış edəcək.

Otmar Safnauer: “Biz mövsümün sonunda dəyişiklik üçün müraciət edəcəyik. Hələ ki, ən yaxşı variant Force1-dir – bu adı seçərək həm də komandanın irsini qoruyub saxlayacağıq”.

Komandanın gələn mövsümdə də Hindistan lisenziyası ilə çıxış edəcəyi dəqiq deyil. Ad dəyişikliyi isə FİA ilə razılaşdırılmalı, daha sonra FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası tərəfindən təsdiq edilməlidir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 088
Teqlər , , ,
Paylaş

logo