Force İndia-nın da maşını çarpma testlərini keçib

Komanda yeni maşının təqdimat tarixini hələ açıqlamayıb.

F-1.az xəbər verir ki, Force İndia komandasının maşını VJM09 FİA-nın məcburi çarpma (krəş) testlərindən uğurla keçib.

Bu məlumatı Motorsport.com-a təsdiqləyən komandanın texniki direktoru Əndryu Qrin deyib: “Biz irəliyə doğru daha bir addım atdıq. Maşınımız çarpma testlərini uğurla keçdi”.

Komandadan daha əvvəl verilən məlumatlarda bütün işlərin plana uyğun getdiyi və Barselonadakı mövsümöncəsi testlərə qədər hazır olacaqları bildirilmişdi.

Qeyd edək ki, komandanın keçənilki maşını olduqca gec – mövsümün ortasında hazır olmuşdu.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*