11 Dekabr 2017, Bazar ertəsi - 07:57

Force İndia komandası 25 min avro cərimələnib

Force İndia komandası 25 min avro cərimələnib

Müəllif: Elçin Zodorov, redaktor

12:04 - 15 May, 2017

Barselonada yarışdan dərhal sonra komandanın rəsmiləri stüardların yanına çağrılmışdı. Bunun səbəbi isə qeyri-adi idi: stüardlar iddia edibilər ki, Force İndia-nın maşınların üzərinə yazdığı sürücü nömrələrinin ölçüləri reqlamentə uyğun deyil.

F-1.az bildirir ki, fotoşəkillər üzərində aparılan təhlillərdən sonra stüardlar belə qənaətə gəliblər ki, Force İndia həqiqətən də tələbləri pozub. Buna görə də komanda 25 000 avro cərimələnib. Lakin aşağıdakı yüngülləşdirici amillər nəzərə alınmaqla cərimə şərti tətbiq edilib:

  1. Komanda qaydanın pozulmasından yarışa qədər xəbərdar edilməyib.
  2. Nömrələrin ölçüləri və rəngləri həftəsonu ərzində dəyişdirilməyib.
  3. Komanda qaydanın pozulması məlum olduqdan sonra vəziyyəti düzəltməyə və FİA ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Şərti cəza növbəti 12 ay ərzində qüvvədə olacaq, yəni bu müddət ərzinə eyni qanun pozuntusu təkrarlanarsa, onda komanda cərimə olunacaq.

Biz xəbər vermişdik ki, aprelin 25-də Parisdə komandaların nümayəndələrinin, FİA-nın prezidenti Jan Todtun və çempionatın icraçı direktoru Çeyz Kerinin iştirakı ilə Strateji İşçi Qrupun və F1 Komissiyasının baş tutan toplantısında qəbul olunan dəyişikliklərdən biri də sürücülərin soyadlarının və nömrələrinin maşın üzərində daha aydın yazılması idi.

Sözügedən toplantıda bir çox dəyişikliklər qəbul edilmişdi. Komandalardan İspaniya Qran Prisindən etibarən sürücülərin soyadlarını və nömrələrini maşın üzərində daha aydın yazmaları tələb olunurdu. FİA məsələ ilə bağlı qəbul olunan yeni tələbləri komandaların nəzərinə çatdırmışdı.

Tələblərə görə, şriftin hündürlüyü 23 sm-dən, qalınlığı isə 4 sm-dən az olmamalıdır. Eyni zamanda, sürücülərin soyadlarının yazıldığı şriftin hündürlüyü ən azı 15 sm, qalınlığı isə 3 sm olmalıdır. Nömrələr maşının ön hissəsində yazılmalıdır. Sürücünün soyadı isə arxa qanadda, yan pantonlarda və ya motor qapağının hava kanalının arxasında əks oluna bilər. Uzun soyadları isə qısaltmağa icazə verilir. Məsələn, Kevin Maqnussenin soyadını rəsmi xronometrajda olduğu kimi, MAG yazmaq olar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 019
Teqlər , , , , ,
Paylaş

logo