Force İndia inkişaf ümidində

Force İndia komandası keçən mövsümün ikinci yarısını pis keçirməyərək Mühəndislər Kubokunda doqquzuncu yeri qazanmışdı. Asfalta yatma qüvvəsinin aşağı səviyyəsini tələb […]

Force İndia komandası keçən mövsümün ikinci yarısını pis keçirməyərək Mühəndislər Kubokunda doqquzuncu yeri qazanmışdı. Asfalta yatma qüvvəsinin aşağı səviyyəsini tələb edən traslara köklənmiş komanda tarixində ilk dəfə poul və podium qazanmışdı. Komanda yeni mövsümdə debtüant komandaalrı qabaqlamaqla köhnə komandalardan da bəzisini arxada qoymağa ümid edir.

Komandanın heyəti dəyişməyib, texniki ştat, menecment və sürücülər yerlərini saxlayıblar, Adrian Sutil hesab edir ki, bu stabillik mövsümün əvvəlində üstünlük verə bilər…

Adrian Sutil: “Bizim komandamız keçən illə müqayisədə stabilliyini qoruyub saxlamış yeganə komandadır. Çempionata yeni komandalar gəlib, Renault və Sauber tamamilə dəyişiblər – belə bir şəraitdə biz müəyyən üstünlük qazana bilərik. Bizim məqsədimiz mütəmadi olaraq xal toplamaqdır.

İndiyə qədər mən yarışlarda səhvlərdən yaxa qurtara bilmirdim, ona görə də bu mövsümmənim karyeramda çox vacibdir. Keçən ilin sonunda mən bir çox komandalarla danışıqlar apardım, amma nəticədə alternativ olmadığından mən Force İndia-da qaldım və mən əminəm ki, biz bu il güclü inkişaf edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*