10 Dekabr 2018, Bazar ertəsi - 10:27

Force İndia heyətini açıqlamağa tələsmir

Force İndia heyətini açıqlamağa tələsmir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:25 - 05 Yanvar, 2013

Komandalar yeni maşınlar üzərində işlərini tam sürətlə davam edirlər, axı mövsümöncəsi testlərin başlanmasına bir ay vaxt qalıb, maşınların təqdimatı isə […]

Komandalar yeni maşınlar üzərində işlərini tam sürətlə davam edirlər, axı mövsümöncəsi testlərin başlanmasına bir ay vaxt qalıb, maşınların təqdimatı isə bir az da tez baş tutacaq. Force İndia komandası yeni şassini birincilər sırasında təqdim etməyə hazırlaşsa da, hələ də sürücülər heyətini açıqlamayıb – komandanın rəsmi veb-səhifəsində bizi gülümsəyən Niko Hülkenberq salamlayır, hərçənd, almaniyalı sürücü artıq Sauber-in sürücüsüdür.

Çox güman ki, qarşıdakı mövsümdə Pol di Restaya yoldaşlıq edəcək namizədlərin sayı ikiyə enib – Jül Byanki və Adrian Sutil. Şayiələrə görə, gənc fransalı sürücünün şansları daha yüksəkdir. Hərçənd, formal olaraq komanda heç di Restanı da rəsmən təsdiq etməyib.

Komandanın mətbuat xidməti rəsmi Twitter bloqunda yazıb ki, “Biz bilirik ki, siz hamınız bizim heyətimizi aktiv müzakirə edirsiniz və bu barədə daim suallar verirsiniz, amma siz hələ səbirli olmalı və bir müddət gözləməli olacaqsınız…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər , , , , ,
Paylaş

logo