13 Noyabr 2018, Çərşənbə axşamı - 03:10

Force İndia həftəsonu yeni ad altında çıxış edəcək

Force İndia həftəsonu yeni ad altında çıxış edəcək

Müəllif: Elçin Zodorov, redaktor

20:56 - 23 Avqust, 2018

FİA və FOM ilə aparılan danışıqlar nəticə verib – hüquqi problemlər həllini tapıb, razılıq əldə olunub və Force İndia-ya Spadakı həftəsonunda çıxış etmək üçün icazə verilib. Komanda Spa-dan etibarən yeni ad altında yarışacaq – Racing Point Force India.

F-1.az bildirir ki, komandanın maşınları bu gün texniki nəzarət prosedurunu keçib, sürücülərin adı Racing Point Force India komandasın iştirak vərəqinə salınıb. Hazırda sənədlərin və boksların yenidən tərtibatı üzərində iş gedir və cümə günü səhərə hər şey hazır olmalıdır.

Yaxın saatlarda əməliyyat direktoru Otmar Safnauerin komandanın yeni rəhbəri elan olunacağı gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 120
Teqlər , ,
Paylaş

logo