14 Dekabr 2018, Cümə - 12:25

Force İndia böhran yaşayır

Force İndia böhran yaşayır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:17 - 20 Yanvar, 2013

İtaliyanın İtaliaracing jurnalının yaydığı xəbərə görə, Force İndia komandası Vicey Malyaya məxsus şirkətlərin maliyyə problemləri üzündən ciddi böhran keçirir. Biz […]

İtaliyanın İtaliaracing jurnalının yaydığı xəbərə görə, Force İndia komandası Vicey Malyaya məxsus şirkətlərin maliyyə problemləri üzündən ciddi böhran keçirir.

Biz artıq xəbər vermişdik ki, onun Kingfisher Airlines aviaşirkəti müflis olmaq üzrədir. Hindistanın Oneİndia resursuna əsaslanan İtaliaracing təkid edir ki, Hindistanın Mülki Aviasiya (DGCA) rəhbərliyi ilə görüşündə Kingfisher Airlines şirkətin maliyyə büdcəsini təqdim etməyib və maliyyə böhranından adekvat çıxış planı tərtib olunmayıb.

Malyanın maliyyə vəziyyətini ona məxsus olan alkohollu içkilər istehsal edən United Spirits şrikətinin səhmlərinin nəzarət paketinin satılması daha acınacaqlı edib. Bütün bu problemlər Hindistan komandasının gələcəyinə mənfi təsir etməyə bilməz.

İtaliaracing bildirdiyinə görə, bir neçə gün əvvəl Berni Ekklstoun Force İndia komandasına böhrandan çıxmaq planı təklif edib. Şaiyələr gəzir ki, komandaya Kolin Kolles və ya Flavio Briatore başçılıq edə bilərlər. Xatırladaq ki, Kolles komanda hələ Jordan/Midland/Spyker adlanarkən komandaya başçılıq edib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 326
Teqlər , , , , , , , , , , ,
Paylaş

logo