Force İndia barədə növbəti şaiyələr

Dünyanın bir çox tanınmış jurnalistlərinin əməkdaşlıq etdiyi Almaniyanın Motorsport-Total portalı konkret mənbəyə əsaslanmadan məlumat yayıb ki, Force İndia komandası Pol […]

Dünyanın bir çox tanınmış jurnalistlərinin əməkdaşlıq etdiyi Almaniyanın Motorsport-Total portalı konkret mənbəyə əsaslanmadan məlumat yayıb ki, Force İndia komandası Pol di Restanın xidmətlərindən imtina edə bilər. Hələlik bu yalnız ehtimaldır, amma aşağıdakı məntinq üzərində qurulub: Vicey Malya dərin böhrana düşdüyü üçün şayiələr gəzir ki, komanda sahibini dəyişə bilər.

Motorsport-Total-ın bildirdiyinə görə, Force İndia artıq Adrian Sutillə müqavilə bağlayıb – almaniyalı sürücünün şəxsi sponsorları var. Di Resta ilə formal razılıq əldə olunub, amma əgər yeni sərmayədarlar daha bir renta drayver və ya şəxsi sponsoru olan sürücü götürmək istəsələr, onda bu razılıq pozula bilər.

Ona görə də müqaviləsinə baxmayaraq di Restanın yeri sual altındadır. Çox güman ki, məhz buna görə komanda heyətini rəsmən açıqlamağa tələsmir. Hadisələrin necə cərəyan etməsi qarşıdakı həftələrdə bəlli olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*