F.Massanın səhhəti stabil olaraq qalır

Bu gün səhər tezdən Ferrari-nin mətbuat xidməti Felipe Massanın səhhəti barədə reliz dərc edib… Relizdə deyilir: “Dünənki cərrahiyə əməliyyatından sonra […]

Bu gün səhər tezdən Ferrari-nin mətbuat xidməti Felipe Massanın səhhəti barədə reliz dərc edib…

Relizdə deyilir: “Dünənki cərrahiyə əməliyyatından sonra Felipenin səhhəti stabil olaraq qalır, gecə heç bir ağırlaşma baş verməyib. Bu gün həkimlər təkrar kompyuter toçoqrafiyasını edəcəklər, bundan sonra daha dəqiq məlumatımız olacaq.”

Hospitala Berni Ekklstoun da baş çəkib, o mətbuat üçün qısa bəyanat verib: “Biz elə bilirdik ki, təhlükəsizlik problemləri arxada qalıb, amma deyəsən belə deyil. Mən artıq Sid Uotkinslə danışmışam, o bu məsələni araşdırır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*