F.Massanın Ferrari-də qalmaq şansı var?

Mark Uebberin Red Bull-la yeni müqaviləsi sürücülər bazarında vəziyyətə bir qədər aydınlıq gətirib, amma avstraliyalı sürücünün Ferrari komandası ilə danışıqlar […]

Mark Uebberin Red Bull-la yeni müqaviləsi sürücülər bazarında vəziyyətə bir qədər aydınlıq gətirib, amma avstraliyalı sürücünün Ferrari komandası ilə danışıqlar aparmasını etiraf etməsi yeni şayiələr dalğasına start verib – gələn mövsüm Fernando Alonsonun komanda yoldaşı kim olacaq?

Məlumdur ki, Felipe Massanın Ferrari ilə müqaviləsi ilin sonunda başa çatır və komanda mövsümün əvvəlində braziliyalı sürücünün çıxışından çox narazı idi. Amma Monakoda 6-cı və Silverstounda 4-cü yerləri tutması Massının ünvanına tənqid atəşini yumşaldıb və Ferrari rəhbərliyi ümid edir ki, Felipe uğurlu çıxışlarını davam etdirəcək.

Əlbəttə, Ferrari çox güman ki, gələn il braziliyalı sürücünü Mark Uebberlə əvəz etməyə hazır olub – bu barədə avstraliyalı sürücü də bildirib. Britaniyanın Sky Sport telekanalı bu gedişi davam etdirərək hesablayıb ki, əgər Uebber Ferrari ilə birillik müqavilə imzalasaydı, onda gələn il öz yerini Sebastyan Fettelə verməli olacaqdı. Məhz belə bir perspektiv məcbur edib ki, Mark Red Bull-la müqaviləsini uzadıb.

Belə bir vəziyyətdə istisna deyil ki, Ferrari Felipe Massa ilə müqaviləsini bir il müddətinə uzada bilər və 2014-cü ildə Sebastyan Fetteli komandaya cəlb edə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*