F.Massa: Sinqapur insidentinə iki nəzər nöqtəsi

Keçənilki Sinqapur yarışında Nelsinyo Pikenin qəzası İnterlaqos uik-endi zamanı geniş müzakirə olunacaq – Pike ailəsi Braziliyada çox məşhurdur. Felipe Massanın […]

Keçənilki Sinqapur yarışında Nelsinyo Pikenin qəzası İnterlaqos uik-endi zamanı geniş müzakirə olunacaq – Pike ailəsi Braziliyada çox məşhurdur. Felipe Massanın yerli KİV üçün dünən təşkil etdiyi ziyafətdə sürücü bildirib ki, onun gələcək komanda yoldaşı Fernando Alonso bu qəza barədə əvvəlcədən bilirmiş…

Felipe Massa: “Bu komandanın və Nelsinyonun problemi idi, biz yəqinliklə deyə bilmərik ki, Alonso baş verənlərdən xəbərdar idi, amma mən buna qəti əminəm.”

Braziliyalı sürücünün bu replikası dərhal internetə düşüb və Globo telekanalının efirində səslənib, ona görə də bu gün Ferrari komandasının mətbuat xidməti Felipenin şərhləri barədə rəsmi reliz yaymalı olub…

Relizdə deyilir: “San Paulu, 14 oktyabr 2009-cu il. Brazilianın KİV-i şərəfinə təşkil etdiyi ziyafətdə Felipe Massanın söylədikləri internetdə böyük səs-küyə səbəb olub. Felipedən soruşduqda ki, Alonso qəzadan xəbərdar olubmu, braziliyalı sürücü müsbət cavab verib, amma daha sonra o komandanın rəsmi saytında öz mövqeyini dəqiqləşdirib…

Felipe Massa: “Mənim söylədiklərim öz fikirlərimdir və heç bir sübuta əsaslanmır. FİA-nın Ümumdünya Şurası təsdiq edib ki, Alonso baş verənlərdən xəbərsiz olub və mən bu qərara hörmətlə yanaşıram.

Keçən il Sinqapurda baş verənlər məni çox məyus edib, mən bir neçə dəfə bu insident barədə düşündüm, amma bu mövzunu bağlayıb gələcək barədə düşünmək vaxtı gəlib. İstənilən halda bu epizod bizim Alonso ilə münasibətlərimizə təsir edə bilməz.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*