F.Massa Pirelli təkərlərindən razıdır

Keçənilki uğursuzluqlarının əsas səbəblərindən biri kimi Ferrari-nin sürücüsü Felipe Massa Bridgestone təkərlərinin xaraketristikasını göstərirdi ki, bu təkərlər onun sürmə stilinə […]

Keçənilki uğursuzluqlarının əsas səbəblərindən biri kimi Ferrari-nin sürücüsü Felipe Massa Bridgestone təkərlərinin xaraketristikasını göstərirdi ki, bu təkərlər onun sürmə stilinə uyğun gəlmirdi. Amma Formula1-ə bu il yeni təchizatçının – İtaliyanın Pirelli şirkətinin gəlməsi ilə vəziyyət dəyişə bilər…

Felipe Massa: “Abu Dabi testlərində yoxladığımız Pirelli təkərlərindən aldığım ilk təəssüratlar çox pozitiv idi. Qabaq təkərlər trasa daha çox ilişirlər, bu isə mənim sürmə stilimə uyğundur – mən döngələrə adət etdiyim kimi girə bilərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*