22 Noyabr 2017, Çərşənbə - 20:43

F.Massa: “Mənim Ferrari-də qalmaq şansım çoxdur”

F.Massa: “Mənim Ferrari-də qalmaq şansım çoxdur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:36 - 29 İyun, 2013

Mark Uebberin Formula1-dən getməsi bu gün ən çox müzakirə olunan mövzudur. Jurnalistlər Felipe Massadan çempionatı tərk etməyi düşünməsi barədə maraqlanıblar, […]

mas-4a
Mark Uebberin Formula1-dən getməsi bu gün ən çox müzakirə olunan mövzudur. Jurnalistlər Felipe Massadan çempionatı tərk etməyi düşünməsi barədə maraqlanıblar, Ferrari-nin sürücüsü bildirib ki, hələ uzun müddət yarışmağı planlaşdırır…

Felipe Massa: “Mən bilirəm nə zaman Formula1-dən gedəcəm – 2020-ci və ya 2021-ci ildə (gülür), amma mən düşünmürəm ki, bundan sonra sürücü karyerama son qoyacam. Formula1-dən başqa digər maraqlı yarış seriyaları da var, məsələn, Le Manda texnologiyaların səviyyəsi Formula1-ə yaxındır, hərçənd, razı deyiləm ki, WEC-də eyni zamanda trasda olan üç sinif maşın arasında bir dövrədə 20 saniyə fərq var. DTM çempionatından çox xoşum gəlir, amma bu çempionatın səviyyəsi aşağıdır.”

2014-cü ildə Ferrari-də qalmaq şansından danışarkən Felipe bildirib: “Yaxın bir neçə ay ərzində mən biləcəm ki, məni hansı gələcək gözləyir. Sözsüz ki, Red Bull son üç dünya çempionatını qazanıb, ona görə də bu komandada azad vakansiya maraqlı variantdır. Amma mənim Ferrari-də karyeramı davam etdirmək şansım çoxdur…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər , , ,
Paylaş

logo