F.Massa əməliyyat olunmalıdır

Bu gün sıralanma turunda ağır qəzaya uğradıqdan sonra Felipe Massa sabah Macarıstan Qran Prisində starta çıxmayacaq. Braziliyalı sürücü insidentdən dərhal […]

Bu gün sıralanma turunda ağır qəzaya uğradıqdan sonra Felipe Massa sabah Macarıstan Qran Prisində starta çıxmayacaq. Braziliyalı sürücü insidentdən dərhal sonra Budapeştin hospitallarından birinə çatdırılıb, burada həkimlər beyin silkələnməsi və kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar. Sürücünün vəziyyəti stabildir…

Ferrari-nin mətbuat xidməti reliz yayıb və bildirib ki, Massa cərrahi əməliyyata hazırlanır və yaxın günlərdə həkimlərin nəzarəti altında qalmalıdır…

Relizdə deyilir: “Sıralanma turunda baş vermiş qəzadan sonra Felipe Massa helikopterlə Budapeştin AEK hospitalına çatdırılıb. Hospitala gətirilərkən sürücünün ağlı üstündə olub və onun cari vəziyyəti stabil qiymətləndirilir.

Tibbi müayinə göstərib ki, onun alnı kəsilib, kəllə sümüyü zədələnib və beyni silkələnib. Onu əməliyyat gözləyir, bundan sonra o intensiv terapiya həkimlərinin nəzarəti altında qalacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*