Beş gün əvvəl Felipe Massanın otuz yaşı tamam olub, dünən isə braziliyalı sürücü simulyatırda işləmək və rəsmi tədbirlərdə iştirak etmək üçün Ferrari-nin Maranellodakı bazasına gəlib.
Dünən Skuderiyanın Fyoranodakı test trasında Felipe üç Ferrarinin sükanı arxasında işləyib – 458 İtalia, 458 Challenge yol maşınları və 150º İtalia Formula1 maşını: şirkət reklam çəkilişini reallaşdırıb və rəsmi nümayəndələri – Hindistanın İtaliyadakı səfirini, konsulunu ailələri ilə birlikdə və Tata Consulting Service-ın nümayəndələrini qəbul edib.
Felipe Massa: “Çox maraqlı oldu – əvvəllər heç vaxt bir gün ərzində üç müxtəlif Ferrari maşınını sürməmişdim. Simulyatorda bir neçə saat işlədikdən sonra trasa qayıtmaq çox xoş idi.”