F.Massa Abu Dabidə qayıtmasını istisna etmir

Felipe Massa Hunqarorinqdə qəzadan sonra reabilitasiya kursu keçib və Ferrari-nin Maranelloda bazasına qayıdıb – qarşıda onu trenajorda iş və GP2 […]

Felipe Massa Hunqarorinqdə qəzadan sonra reabilitasiya kursu keçib və Ferrari-nin Maranelloda bazasına qayıdıb – qarşıda onu trenajorda iş və GP2 silikləri ilə F2007-nin sükanı arxasında testlər gözləyir. İtaliyanın Gazzetta dello Sport qəzetinə müsahibəsində braziliyalı sürücü bildirib ki, o İnterlaqosda ev yarışına getməyəcək, amma mövsümün son yarışında Abu Dabidə sükan arxasına qayıtmasını istisna etməyib…

Felipe Massa: “Qəza çox ciddi idi, bugünkü səhhətimi nəzərə alsaq, mən deyə bilərəm ki, mənim həqiqətən bəxtim gətirib. Mən qəzanın videoyazısına bir neçə dəfə baxdım, qəzadan sonra gözümün vəziyyətinə baxdım – bu çox xoşagəlməz idi, amma həmin anda mənşokda idim və heç nə hiss etmirdim.

Mən Braziliyada sükan arxasına qayıda bilməyəcəm, bu çox riskli olardı. Abu Dabiyə gəlincə, hər şey F2007-də testlərdən və FİA-nın qərarından asılı olacaq. Mən maşın sürməyi yaxşı xatırlayıram. Dövrədə yaxşı nəticə göstərmək vəzifəsi qoyulmayıb, əsas sükan arxasına qayıtmaqdır.

Alonso ilə müqavilə? Fernando əla sürücüdür, əminəm ki, biz bir yerdə işləyəcəyik, amma mən ümid edirəm ki, gələn il mən onu qabaqlayacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*