Finlandiya F1 təqviminə girir?

Finlandiya Avtomobil Federasiyasının rəhbəri Tatu Lehmuskallio bildirib ki, Avropanın ən yaxşı yarış trasını hazırlayırlar.

F-1.az bildirir ki, Kaymirinq adlı tras bəzi iddialara əsasən, FİA-dan Grade 1 lisenziyası almağa hazırlaşır.

Tatu Lehmuskallio: “İndiyə kimi FİA-nın tələblərinə cavab verən trasımız olmadığı üçün Formula1-i qəbul edə bilmirdik. Hazırda Helsinkidən 50 dəqiqə məsafədə bir tras inşa edirik. Bu tras Avropada son 25 ilin ən yaxşı trası olacaq. Uzunluğu 4.6 kilometrdir. 2019-cu ildə MotoGP-ni qəbul edəcəyik. Gələcəkdə Formula1 yarışlarını da qəbul etmək istəyərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*