22 Oktyabr 2017, Bazar - 10:23

FİM və Honda Rossi ilə Markes arasındakı insidentin məlumatlarını yaymayacaq

FİM və Honda Rossi ilə Markes arasındakı insidentin məlumatlarını yaymayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

14:35 - 24 Yanvar, 2016

FİM prezidenti Vito İppolito verdiyi açıqlamada bildirib ki, Rossi və Markes arasında olan insidentin telemetriya məlumatlarının yayılmaması doğru qərardır…

F-1.az xatırladır ki, MotoGP üzrə 2015-ci il mövsümünün Malayziya yarışında Rossi və Markes arasında insident olub və bundan sonra Rossiyə cəza verilib. Bu cəzaya görə italyan sürücü sonuncu yarış olan Valensiya QP-nə sonuncu yerdən start alıb və çempionluğu yarışda əldən verib.

Malayziya yarışından sonra Honda komandası Rossini Markesə təpik atmaqda ittiham edib.

FİM prezidenti Vito İppolito qəzaya aid olan telemetriya məlumatlarını araşdırdıqlarını, amma yaymayacaqlarını deyib: “Valensiya yarışında Honda bizə bildirdi ki, telemetriya məlumatları onlardadır. Hazırda bu məlumatlar bizdədir. Honda və FİM bir yerdə qərara aldıq ki, qəza məlumatları yayılmasın.

Biz razılaşırıq ki, Valentino Rossi mövsümün sonunda polemikalarla mübarizə apardı. Buna görə də bu hadisə ilə əlaqəli olan hamıyla danışdıq və Sepanqda baş verən hadisələrə qarışmamaq qərarı aldıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 301
Teqlər , , , , , , ,
Paylaş

logo