20 Oktyabr 2017, Cümə - 16:23

FİA yeni mühərrik qaydalarını təsdiq edib

FİA yeni mühərrik qaydalarını təsdiq edib

Müəllif: Elçin Zodorov, redaktor

19:51 - 29 Aprel, 2016

FİA mühərriklərlə bağlı 2017-ci ildən etibarən tətbiq ediləcək yeni qaydaların Ümumdünya Avtoİdman Şurası tərəfindən qəbul edildiyini açıqlayıb.

F-1.az xatırladır ki, mühərriklərin gələcəyi ilə bağlı komandalarla uzun müddətdir ki, müzakirələr aparılırdı. Nəhayət, bu müzakirələr nəticəsini verib və razılıq əldə olunub.

2017-2020-ci illəri əhatə edən qaydalar belədir:

Büdcə

Müştəri komandalar güc qurğusu üçün daha az pul ödəyəcəklər, istehsalçılar isə güc qurğusunun maya dəyərini aşağı salacaqlar. 2017-ci ildə mühərriklər üçün ödənilən məbləğə 1 milyon funt sterlinq, 2018-ci ildə isə 3 milyon funt sterlinq endirim ediləcək.

2017-ci və 2018-ci ildən etibarən hər bir sürücüyə düşən güc qurğusu üzərində işləyən işçilərin sayı mərhələli olaraq azaldılacaq.

Formas

Şərti bal sistemi 2017-ci ildə ləğv ediləcək. Güc qurğularının ağırlığı, ölçüləri və materialları ilə bağlı qaydalar növbəti 2 ildə açıqlanacaq.

Səs

Mühərrik istehsalçıları güc qurğularının səsini artırmaq üçün çalışmalıdırlar. Ən geci 2018-ci ilə qədər tətbiq edilməsi üçün proqramlar hazırlanır və üzərində işləyirlər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər ,
Paylaş

logo