FİA və Renault komandasının keçmiş rəhbərləri razılıq əldə edə biliblər

FİA və Renault komandasının keçmiş rəhbərləri – Flavio Briatore və Pət Simondsun qarşıdurması başa çatıb: tərəflər kompromis tapıblar və bəzi […]

FİA və Renault komandasının keçmiş rəhbərləri – Flavio Briatore və Pət Simondsun qarşıdurması başa çatıb: tərəflər kompromis tapıblar və bəzi qarşılıqlı razılaşmalar əldə ediblər. Bu münasibətlə FİA-nın saytında rəsmi mətbuat relizi dərc olunub…

Relizdə deyilir: “Paris Məhkəməsinin bu il yanvarın 5-də Flavio Briatore və Pət Simonds cənablarının xahişi ilə qəbul etdiyi və sonradan FİA tərəfindən əks-iddia qaldırılmış qərar Avtoİdman üzrə Ümumdünya Şurasının nizam-intizam prosedurlarını düzgün başa düşməməsini nümayiş etdirib.

Keçən il seçkiöncəsi kampaniyada üzərinə götürdüyü öhdəliklərə əsasən FİA-nın yeni prezidenti bu ilin sonuna planlaşdırılmış federasiyanın Baş Assambleyasının növbəti iclasında yeni struktur islahatı təklif edəcək – bu layihə üzərində hazırda FİA-nın nizamnaməsində dəyişikliklər nəzərdə tutan Komissiya işləyir: bu layihəyə əsasən gələcəkdə anlaşılmazlıqlar olmayacaq.

Bu il martın 11-də Bəhreyndə Ümumdünya Şurasının iclasında nizam-intizam prosedurlarının yerinə yetirilməsinin yeni qaydaları qəbul olunub və FİA prezidenti adları yuxarıda çəkilən cənablarla məsələni tam yoluna qoymaq hüquq əldə edib.

Öz vəkilləri və FİA-nın hüquqşünasları ilə müzakirələrdən sonra Flavio Briatore və Pət Simonds cənabları federasiyanın prezidentinə bütün məhkəmə işlərini təcili dayandırmaq təklifi ilə müraciət ediblər.

Onların hər biri 2008-ci ildə Sinqapur Qran Prisində Nelsinyo Pikenin iştirak etdiyi qabaqcadan planlaşdırılmış qəzada məsuliyyətin bir hissəsini etiraf edib – Briatore həmin zaman komandanın baştə görə peşmandırlar və FİA-dan üzr istəyiblər.

Onlar 2012-ci il dekabrın 31-dək Formula1-də, 2011-ci ilin sonuna qədər isə FİA-nın digər seriyalarında rəhbər vəzifə tutmaqdan çəkinəcəklər.

Bundan başqa, onlar bütün ictimai və maliyyə iddialarını məhkəmələrdən geri götürüblər, həmçinin, bu işlə bağlı FİA-ya qarşı hər hansı bir hərəkətdən imtina ediblər.

Öz növbəsində onlar FİA-dan xahiş ediblər ki, Paris Məhkəməsinin qərarına qarşı iddiasını FİA geri götürsün.

FİA idman maraqları çərçivəsində bütün məhkəmə araşdrımalarına son qoymağı qərar alıb – bu araşdırmalar nəticəsindən asılı olmayaraq FİA-nın və ümumilikdə idmanın imicinə xələl gətirirdi, ona görə də FİA bu məsələyə nöqtə qoyur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*