18 Dekabr 2017, Bazar ertəsi - 13:04

FİA və FOM yeni motor reqlamentini təqdim edəcəklər

FİA və FOM yeni motor reqlamentini təqdim edəcəklər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:10 - 10 Oktyabr, 2017

Mövsümün sonunda Formula1-in yeni sahibi – Liberty Media şirkəti çempionat iştirakçılarına cari Razılıq Müqaviləsi bitdikdən sonra idmanın gələcəyinə öz baxışlarını təqdim edəcək.

F-1.az bildirir ki, ilk yenilik oktyabrın 31-də səslənəcək – məhz bu gün FİA və FOM komandalara yeni motor reqlamentini açıqlayacaqlar: yeni motorlar daha ucuz, daha sadə və daha gursəsli olmalıdırlar, eyni zamanda yeni motorların digər şirkətlər tərəfindən istehsalına heç bir əngəl olmayacaq.

Yeni güc qurğusunun bir çox detalları ümumiləşdiriləcək ki, məsrəflər qat-qat aşağı düşsün. MGU-K və MGU-H generatorların daha uğurlu tandemi 1000 qüvvəsindən güclü motorları görməyə imkan verəcək. Yeni reqlament aerodinamikanın təsirini məhdudlaşdırdığı üçün onları idarə etmək daha çətin olacaq.

Əvvəlki vaxtlardan fərqli olaraq, çempionatın yeni sahibləri qaydaların geniş müzakirəsindən uzaq olmağa çalışırlar, çünki hər bir tərəfin öz marağını müdafiə etməsi son məqsəddən yayınmağa səbəb olurdu.

İkinci addım büdcələrin məhdudlaşdırılması üzrə sxem konsepsiyalarının təqdimatıdır, bu təqdimat noyabrın 7-də Strateji İşçi Qrupun iclasında səslənəcək. Məsrəflər tədricən azaldılacaq, ona görə də böyük avtoistehsalçılar zərbə vurmaqdan söhbət getməyəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 30. 314
Teqlər , , , , ,
Paylaş

logo