FİA US F1-in bazasını təftiş edib

Yeni mövsümün başlanmasına iki həftə vaxt qalır, amma FİA hələ də çempionat iştirakçılarının rəsmi siyahısını hələ də dərc etməyib və […]

Yeni mövsümün başlanmasına iki həftə vaxt qalır, amma FİA hələ də çempionat iştirakçılarının rəsmi siyahısını hələ də dərc etməyib və US F1 komandasının dörd Qran Prini buraxmaq xahişinə rəsmi cavab verməyib. Yerində məsələni həll etmək üçün FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq US F1 komandasının Şarlottadakı bazasına səfər edib.

Rəsmən bu səfər təsdiq olunmayıb, amma eyni zamanda bir neçə mənbə əmin edir ki, Çarli maşınların hazırlıq dərəcəsini yoxlayıb və bu təftişin nəticəsinə görə federasiya qərar qəbul etməli olacaq – ya komandanın lisenziyası alınacaq, ya da bir neçə yarış buraxmasına icazə veriləcək.

FİA hələlik baş verənləri şərh etməyib, amma belə bir təftiş bir neçə dəfə olub – sonuncu dəfə FİA Senatının prezidenti Nik Krou komandanın təşkilati məsələlərini yoxlamışdı. Çempionat iştirakçılarının yekun siyahısı isə bu həftə dərc olunmalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*