FİA sürücülərin trasda hərəkətləri qaydalarını dəqiqləşdirib

Bir neçə mübahisəli insidentdən sonra, xüsusən də Bəhreyndə Niko Rosberqin Həmilton və Alonsonun hücumlarından sərt müdafiəsindən sonra FİA trasda müdafiə […]

Bir neçə mübahisəli insidentdən sonra, xüsusən də Bəhreyndə Niko Rosberqin Həmilton və Alonsonun hücumlarından sərt müdafiəsindən sonra FİA trasda müdafiə zamanı sürücülərin hərəkətlərini dəqiqləşdirməli olub.

Rosberq həmin insidentlərə görə cəzalandırılmamışdı, çünki hər iki halda Lyuis və Fernandonun maşınlarının “əksər hissəsi” Nikonun maşınının yanında deyildi – bu cür ümumi sözlər heç bir sürücünü razı salmamışdı.

Böyük Britaniya Qran Prisinin startından əvvəl yarış direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinq komandalara yeni qaydaları çatdırıb, bu məktubun nüsxəsi Britaniyanın Autosport jurnalına çatıb…

Məktubda deyilir: “Düzlükdə əylənmə zonasının başlanmasına qədər öz möqveyini müdafiə edən istənilən sürücü birinci manevr zamanı trasın bütün enindən istifadə edə bilər – əgər onun yanında hücum edən maşının əksər hissəsi yoxdursa. Bu cür müdafiə zamanı hücum edən sürücüyə trasdan kənara çıxmaq lazım olmayacaq.

Bütün şübhələrin və tərəddüdlərin qarşısını almaq üçün bildiririk ki, əksər hissə dedikdə hücum edən maşının ön antiqanadının hər hansı bir hissəsinin müdafiə olunan maşının arxa təkərinə çatması sayılır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*