FİA sıralanma turu formatının dəyişməsini rəsmən təsdiq edib

Beynəlxalq Avtomobil Federasiyası (FİA) rəsmən təsdiq edib ki, sıralanma turunun keçənilki formata qayıtması təklifini F1 komissiyasına göndərib.

F-1.az xatırladır ki, komandaların hamısının yekdil qərarından sonra Berni Ekklstoun və Jan Todt geri çəkilərək sıralanma turu formatının dəyişdirilməsi fikrindən daşınıblar. Federasiyanın bu münasibətlə yaydığı rəsmi relizdə deyilir:

“Komandaların yekdil qərarını əks etdirən bugünkü məktubdan sonra FİA-nın prezidenti Jan Todt və çempionatın kommersiya başçısı Berni Ekksltoun çempionatın maraqları naminə qərara alıblar ki, F1 Komissiyasının və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasına 2015-ci ilin sıralanma turu formatına qayıtmasını təsdiq etməsi təklif olunsun.

Bu təklif yuxarıdakı təşkilatlar tərəfindən təsdiq olunarsa, onda Çin Qran Prisindən qüvvəyə minəcək və mövsümün sonunadək qüvvədə qalacaq.

Jan Todt və Berni Ekksltoun komandaların gələn mövsümün həftəsonu formatının geniş müzakirə olunması təklifini də bəyəniblər…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*