FİA: “S.Fettellə bağlı məsələni şərh etməyə əsas yoxdur”

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri iki gündür ictimaiyyəti narahat edən məsələyə nöqtə qoyublar: Sebastyan Fettel Braziliya Qran Prisinin 4-cü dövrəsində […]

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri iki gündür ictimaiyyəti narahat edən məsələyə nöqtə qoyublar: Sebastyan Fettel Braziliya Qran Prisinin 4-cü dövrəsində Jan Erik Verni sarı bayarqlar altındamı keçmişdi? Autosport həftəliyinin bildirdiyinə görə, FİA-nın reaksiyası bundan ibarət olub ki, “bu məsələni şərh etməyə ehtiyac yoxdur, çünki almaniyalı sürücünün Reta Oposta düzlüyündəki hərəkətində heç bir qanun pozuntusu yoxdur…”

Dünən xəbər verdiyimiz kimi, 1-ci dövrədə yaşadığı qəzadan sonra sonuncu yerə düşmüş Sebastyan bir-bir irəliləyərək 4-cü dövrədə 3-cü və 4-cü döngələr arasındakı düzlükdə Jan Erik Vernə çatıb. Həmin an sarı bayraqların dalğalandığı ərazini göstərən ilk hakim məntəqəsi dərhal 3-cü döngədən sonra yerləşir. Yağıl işıq yanan elektron bayarq isə 4-cü döngəyə 150 metr qalmış nöqtədə yerləşir.

FİA dəqiq bildirib ki, elektron bayraq sadəcə köməkçi alətdir və hakimlərin əllərindəki bayraqları tamamlayır. İnterlaqosda tras boyu 22 hakimin durduğu halda cəmi 16 elektron tablo yerləşdirilib. Ona görə də 3-cü döngədən çıxdıqdan sonra 100 metrlikdə yerləşən hakim məntəqəsinin siqnalı daha üstün sayılır.

Həmin anda bu məntəqədə olan marşal yaşıl bayraq yelləyib. Ona görə də Fettel Verni videoda daha yaxşı görünən və azarkeşləri çaşdıran yaşıl elektron bayrağa qədər keçsə də, onun manevri tam qanun çərçivəsində olub. Məhz buna görə də yarışın direktoruna qanun pozuntusu barədə heç bir məlumat daxil olmayıb.

FİA həmçinin təsdiq edib ki, bu vaxta qədər Braziliya Qran Prisi ilə əlaqədar heç bir komandadan rəsmi protest almayıb. Amma dünən Ferrari komandası öz rəsmi saytında belə bir addım atdığını bəyan etmişdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*