FİA sarı bayraqlar qaydasını dəqiqləşdirib

Formula1 sürücüləri artıq sarı bayraqlar dalğalanan sahələrdə DRS sistemindən yararlana bilməyəcəklər – bu barədə Britaniyanın Autosport qəzeti bildirib. Bu qərarı […]

Formula1 sürücüləri artıq sarı bayraqlar dalğalanan sahələrdə DRS sistemindən yararlana bilməyəcəklər – bu barədə Britaniyanın Autosport qəzeti bildirib. Bu qərarı FİA Valensiya Qran Prisində Mixael Şumaherin son dövrəsindən sonra qəbul edib.

Şumaherin 3-cü olduğu Avropa Qran Prisinin finişindən sonra almaniyalı sürücü stüardların yanına çağrılmışdı, çünki Red Bull komandasının bildirdiyinə görə, yeddiqat dünya çempionu sarı bayraqlar altında DRS-dən istifadə edibmiş.

Amma stüardlar heç bir cərimə sanksiyası tətbiq etməmişdilər, beləki, onların fikrincə, Mixael sarı bayraqları gördükdə sürətini kifayət qədər azaldıbmış, hərçənd qısa müddət ərzində arxa qanadını açıbmış.

Bu insident sürücülər tərəfindən birmənalı qarşılanmayıb, çünki İspaniya Qran Prisində Sebastyan Fettel və Felipe Massa sarı bayraqlar altında DRS-dən istifadəyə görə cərimələnmişdilər, ona görə də Silverstounda FİA-nın yarış direktoru Çarli Uaytinq yenidən bu mövzuya qayıdıb.

Autosport-un bildirdiyinə görə, Uaytinq Böyük Britaniya Qran Prisinin startı ərəfəsində sürücüləri məlumatlandırıb ki, sarı bayraqlar zamanı stüardlar DRS-dən istifadəyə diqqət edəcəklər. Amma Çarlinin sözlərinə görə, stüardlar sürücünün sürəti azaltmasını ön plana çəkəcəklər, DRS və ya KERS-dən istifadə isə ikinci plana keçəcək.

Lakin gələcəkdə anlaşılmazlıqların olmaması üçün FİA hər iki sistemi sarı bayraqlar altında bloka salacaq. Yeni qaydalar Silverstounda artıq fəlaiyyət göstərib və Maldonado ilə Peres arasındakı insident zamanı tətbiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*