21 Noyabr 2018, Çərşənbə - 22:13

FİA Racing Point Force İndia-ya lisenziya verib

FİA Racing Point Force İndia-ya lisenziya verib

Müəllif: Elçin Zodorov, redaktor

22:02 - 23 Avqust, 2018

FİA çempionatda iştirak edə bilməsi üçün Racing Point Force İndia komandasına lisenziya verildiyini təsdiq edib. Lourens Stroll tərəfindən alınan komanda Spada və mövsümün qalan yarışlarında çıxış edə biləcək.

F-1.az xatırladır ki, indiyə qədər Sahara Force İndia adı altında çıxış edən komanda idman reqlamentinin 8.2 bəndini pozduğu üçün çempionatdan xaric edilmiş və bu mövsüm qazandığı xallar silinmişdi.

Sahara Force İndia-nın səhmləri Lourens Strollun başçılıq etdiyi Racing Point UK Limited sərmayə konsorsiumu tərəfindən alınıb. Racing Point Force İndia komandasının rəhbəri indiyə qədər əməliyyat direktoru kimi fəaliyyət göstərən Otmar Safnauer təyin olunub.

Jan Todt: “Mən şadam ki, müsbət nəticə əldə edə bildik və Racing Point Force İndia komandasına çempionatda iştirak üçün lisenziya verdik. Formula1-də maliyyə sabitliyi mühitinin yaradılması ən çətin vəzifələrdən biridir, lakin FİA-nın, xarici idarəedicilərin, Racing Point UK konsorsiumunun və Formula1 rəhbərliyinin səyləri nəticəsində komandanın gələcəyini, mövsümün ikinci hissəsində iştirakını, əməkdaşların öz yerlərini qorumalarını təmin etmək mümkün oldu”.

Çeyz Keri: “Biz Racing Point Force İndia-nın ətrafında cərəyan edən hadisələr uğurla nəticələndiyi, komanda çıxışını davam etdirə biləcəyi üçün şadıq. Tərəflərin səyləri nəticəsində Silverstoundakı bazada çalışan əməkdaşların işlərini itirməmələri xoşdur. Formula1-də güclü komandalar olur və əminəm ki, Force İndia daha da güclənəcək”.

Otmar Safnauer, komandanın rəhbəri, Racing Point UK Limited-in icraçı direktoru: “Yeni komanda – Racing Point Force İndia bu həftəsonundan etibarən yarışlarda iştirak edə biləcək. Bizim üçün yeni dövr başlayır. Cəmi bir neçə həftə əvvəl komandanın gələcəyinə inamımız yox idi, 400-ə yaxın əməkdaşımız işini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin indi Lourens Strollun başçılıq etdiyi, bizim təcrübəmizə və potensialımıza inanan sərmayə konsorsiumunun dəstəyi var.

Biz FİA-ya, komandanın xarici idarəçilərinə və Formula1 rəhbərliyinə belə vacib bir nəticə əldə etdiyimiz üçün minnətdarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 567
Teqlər , , ,
Paylaş

logo