FİA pit-leynin enini də məhdudlaşdırıb

Formula1-in idman reqlamentinin yeni versiyasında pit-leynlə bağlı maddələr də var. Boksların önündəki zonanın həm həndəsi zonasına, həm də bu zonada […]

Formula1-in idman reqlamentinin yeni versiyasında pit-leynlə bağlı maddələr də var. Boksların önündəki zonanın həm həndəsi zonasına, həm də bu zonada sürücülərin davranışlarına dəyişikliklər edilib. Yanacaqdoldurma ləğv olunandan sonra pit-leyndə mübarizə çoxalıb, bəzən isə çox kəskinləşib.

Dəyişikliklərin siyahısı:

23.1 a) Pit-leyn iki yerə bölünəcək. Trasın divarına yaxın hissə “sürətli” adlanacaq və 3.5 metrdən enli ola bilməz. Bokslara yaxın hissə isə “daxili” adlanacaq.

Əgər maşın 38.2 (start düzümünə gecikmə) və 41.5 (yarış dayandırılıb) maddələrində nəzərdə tutulmayan hallarda pit-leynin çıxışına düşərsə, onunla yalnız daxili hissədə işləmək olar. Sürətli hissədə işləmək istənilən halda qadağandır.

…d) Əgər start prosedurundan sonra ləngimiş maşın yalnız öz boksundan pit-leynin çıxışına yönələ bilər. Sessiyanın startından əvvəl pit-leynin çıxışına gəlmiş maşınlar sürətli hissədə bir düz xətt üzrə ardıcıl düzülməlidirlər və bu ardıcıllıqla trasa çıxmalıdırlar – maşınlardan birinin ləngiməsi istisna olunur.

…j) Maşını pit-stopdan sonra təhlükəsiz trasa buraxmaq məsuliyyəti komandanın üzərinə düşür. Komanda ön tərəfdən aşkar sürətdə trasa çıxma anını maşına xəbər verməlidir.

23.2 Xüsusi hallarda yarışın direktoru yarışın gedişində pit-leynə girişi təhlükəsizlik baxımından bağlaya bilər. Bu zaman yalnız zəruri təmirə ehtiyacı olan maşınlar pit-leynə girə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*